×
A
A
A
Sazlamalar

Bakının “Səbail” klubu “Dinamo” (Tbilisi) ilə yoxlama oyununda məğlub olub

Bakı, 23 iyul, AZƏRTAC

Hazırlıq prosesini Gürcüstanda davam etdirən Bakının “Səbail” futbol klubu ilk yoxlama görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Mahmud Qurbanovun komandası “Dinamo” ilə qarşılaşıb. Matç Tbilisi klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, “Səbail” Gürcüstanda daha 2 yoxlama oyununa çıxacaq. İyulun 25-də “Qaqra” ilə qarşılaşacaq Bakı təmsilçisi ayın 29-da isə “Dila”nı sınağa çəkəcək. Bu oyunlar eyni saatda - 18:15-də başlayacaq.
Qeyd edək ki, “Səbail” Bakıdakı təlim-məşq toplanışı çərçivəsində “Kəpəz”i (3:1) məğlub edib, “Sabah”a (1:3) isə uduzub.

 

 

 

İdman 2022-07-23 13:34:00