Mixael Şumaxerin idarə etdiyi “Ferrari F300” bolidi Kaliforniyada hərraca çıxarılıb
Bakı, 23 iyul, AZƏRTAC
Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin 1998-ci il mövsümündə sürdüyü 9 boliddən biri – “Ferrari F300” Kaliforniyada hərraca çıxarılıb.
AZƏRTAC xəbər verir ki, 187 nömrəli bolid şəxsi mülkiyyətçiyə məxsusdur. Həmin boliddə almaniyalı pilot dörd qələbə qazanıb. M.Şumaxer Kanada, Fransa, Böyük Britaniya və İtaliya Qran-prilərində podiuma birinci pillədə qalxmağı bacarıb.
Qeyd edək ki, bolid yaxşı vəziyyətdədir.
FIDE-nin reytinq cədvəli: Nicat Abasov bir pillə irəliləyib
"Tottenhem" "Liverpul"a qalib gəlib, Mançester təmsilçiləri uduzublar
Türkiyə Superliqası: "Qalatasaray" doğma meydanda çətin qələbə qazanıb
Azərbaycan Premyer Liqası: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşib