×
A
A
A
Sazlamalar

MMA döyüşçümüz Tofiq Musayevin “Bellator”da debütü uğurlu alınıb

Bakı, 23 iyul, AZƏRTAC

Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da debüt edib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda rinqə çıxan idmançımızın rəqibi yerli MMA döyüşçüsü Sidney Autlou olub.
T.Musayev ilk raunddaca məşhur döyüşçünü nokauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə çəkib.

 

 

 

İdman 2022-07-23 12:33:00