Noyabrda Bakıda MMA üzrə “AFC - 13 & Octagon - 38” turniri təşkil olunacaq
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycanın MMA üzrə ilk peşəkar liqası olan “ASED Fighting Championship”in (AFC ASED) rəhbəri Turan Qulamzadə Türkiyədə səfərdə olub.
AFC ASED-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, T.Qulamzadə səfər çərçivəsində bir sıra görüşlər keçirib.
AFC ASED-in rəhbəri Ankarada Qazaxıstanın ən nüfuzlu peşəkar liqası, dünya reytinqində “Top-30”-da yer alan “Octagon Liqası”nın rəhbəri Nurəddin Sadikov və Türkiyənin MMA üzrə rəhbəri “Pro MMA team”in qurucusu Sərdar Gökkaya ilə görüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, planlar barədə fikir mübadiləsi aparılıb və bir sıra qərarlar qəbul edilib.
Görüşün nəticəsi olaraq, oktyabrın 28-də “Octagon Liqası” Ankarada 37-ci seriyasının keçirilməsinə qərar verib. Noyabrın 26-da isə Qazaxıstan liqası və AFC ASED birgə təşkilatçılığı ilə Bakıda “AFC -13 & Octagon 38” turniri təşkil olunacaq. Gələn ilin martında AFC ASED Türkiyə təmsilçisi ilə birlikdə Ankarada “AFC-14” seriyasını keçirəcək.
Vəli Qasımov: Yaşım artdıqca, daha da cavanlaşdığımı hiss edirəm - MÜSAHİBƏ
“Araz-Naxçıvan”ın futbolçusu: Dövrəni major notlarla yekunlaşdırmaq istəyirik
Qadın basketbolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru ilk dəfə UEFA-dan təyinat alıb