×
A
A
A
Sazlamalar

Siyəzəndə narkotik dövriyyəsinə görə iki nəfər saxlanılıb

Bakı, 23 iyul, AZƏRTAC

Siyəzən Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a bildiriblər ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Murad Həbibzadə və Ədalət İlyasov saxlanılıblar.
Həmin şəxslərin üzərilərinə, yaşadıqları ünvanlara, eləcə də avtomobillərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin, marixuana və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Siyəzən Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

Hadisə 2022-07-23 11:00:00