×
A
A
A
Sazlamalar

“Turan Tovuz” klubu Gürcüstanda üç yoxlama oyunu keçirəcək

Bakı, 23 iyul, AZƏRTAC

Gürcüstanda təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” futbol klubu yoxlama oyunlarındakı rəqibləri bəlli olub.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Tovuz klubu Tbilisini təmsil edən “Merani”, “Dinamo” və “Qaqra” ilə qarşılaşacaq.
Görüşlər müvafiq olaraq, iyulun 23-də, 27-də və 29-da olacaq.
Qeyd edək ki, "Turan Tovuz" 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək.

 

 

İdman 2022-07-23 10:52:00