×
A
A
A
Sazlamalar

Bakıda evdə partlayış olub

Bakı, 23 iyul, AZƏRTAC

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 35 kvadratmetr olan birmərtəbəli evdə yanğınla nəticələnən partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, partlayış dalğasının təsirindən evin ön divarı uçub.
Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Bitişik ikimərtəbəli bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Hadisə 2022-07-23 00:39:00