×
A
A
A
Sazlamalar

“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov rapid yarışında yeddinci yeri tutub

Bakı, 22 iyul, AZƏRTAC

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsinin rapid yarışı başa çatıb.
AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov bu gün 3 turda iştirak edib. O fransalı şahmatçı Maksim Vaşye-Laqrava uduzub, ABŞ təmsilçiləri Leyner Dominqes, Uesli So ilə heç-heçə edib.
Yekun nəticələrə görə, Ş.Məmmədyarov 9 xalla yeddinci yeri tutub.

 

İdman 2022-07-22 23:36:00