×
A
A
A
Sazlamalar

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Milli Mətbuat Günü ilə əlaqədar tədbir təşkil edib

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Milli Mətbuat Günü ilə əlaqədar tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tanınmış idman mediası nümayəndələrinin dəvət aldığı tədbir əsasən əyləncə xarakteri daşıyıb. Hər zaman avarçəkənlərin yürüşünü kənardan izləyən jurnalistlər bu dəfə özləri avarçəkmədə məharətlərini göstəriblər.
İdman jurnalistləri üçün verilən ziyafətlə davam edən tədbirin sonunda media nümayəndələrinə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının atributlarını əks etdirən hədiyyələr təqdim edilib.

 

 

İdman 2022-07-22 16:54:00