×
A
A
A
Sazlamalar

FHN: Abşeron rayonunda dəmir barmaqlıqlar arasında qalan azyaşlı uşaq xilas edilib

Bakı, 22 iyul, AZƏRTAC

Fövqəladə Hallar nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində bir nəfər azyaşlının başının dəmir barmaqlıqlar arasında qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2015-ci il təvəllüdlü uşağın başı beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzilin pəncərəsinin dəmir barmaqlıqları arasında sıxılı halda qalaraq təhlükəli vəziyyətə düşüb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağı xilas edərək ailəsinə təhvil veriblər.

Hadisə 2022-07-22 10:50:00