×
A
A
A
Sazlamalar

"Fehervar" və "Qəbələ"nin start heyətləri müəyyənləşib

Bakı, 21 iyul, AZƏRTAC
Macarıstanda UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələcək "Fehervar" və "Qəbələ"nin start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Macarıstan təmsilçisinin ilk 11-liyində Daniel Kovaç, Adrian Rus, Attila Fiola, İvan Petriak, Loik Neqo, Artyom Şabanov, Kenan Kodro, Ruben Pintu, Pal Darda, Nikola Serafimov və Marsel Heyster yer alıblar.
"Qəbələ"nin start heyətində meydana Səlahət Ağayev, İlkin Qırtımov, Ruan Renato, İsnik Alimi, Feras Abu Akal, Rövlan Muradov, Asif Məmmədov, Rafael Utziq, Məqsəd İsayev, Murad Musayev və Felipe Santos çıxacaqlar.
Qeyd edək ki, "Mol Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

İdman 2022-07-21 20:14:00