×
A
A
A
Sazlamalar

DİN: İçərişəhərin Qala divarında vandalizm aktı törədən şəxslər məsuliyyətə cəlb olunublar

Bakı, 21 iyul, AZƏRTAC

Bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barədə məlumatlar yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov AZƏRTAC-a bildirib ki, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər müəyyən olunublar. Lakin həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir.

Hadisə 2022-07-21 20:01:00