×
A
A
A
Sazlamalar

"Zirə" və "Makkabi" (Təl-Əviv) komandalarının start heyətləri açıqlanıb

Bakı, 21 iyul, AZƏRTAC
Bakıda UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələcək Bakının "Zirə" və İsrailin "Makkabi" (Təl-Əviv) komandalarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisinin start heyətində Mehdi Cənnətov, Sərtan Taşkın, İlkin Muradov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə, Hamidu Keyta, Hacıağa Hacılı, Nemanya Ancelkoviç, Qismət Alıyev, Dmitrios Çantakias və Coşqun Diniyev yer alıblar.

"Makkabi"nin heyətində isə meydana Daniel Perets, Enrix Saborit, Yoris van Overeem, Qavriel Kaniçovski, Brendli Kuvas, Qiaqon Parfait, Şeran Yeyni, Eyal Qolasa, Ofir Davidzada, Andre Geraldes və Corce Yovanoviç çıxacaqlar.

“Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

İdman 2022-07-21 19:42:00