×
A
A
A
Sazlamalar

Qusarda fudokan üzrə açıq respublika turniri keçiriləcək

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 22-də Qusar Olimpiya İdman Kompleksində şəhidlərin əziz xatirəsinə həsr edilmiş uşaq, yeniyetmə, gənclər arasında fudokan üzrə açıq respublika turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarış Dünya Fudokan Federasiyasının Azərbaycan respublikasındakı rəsmi və səlahiyyətli nümayəndəliyi, Qusar Rayon Gənclər və İdman İdarəsi, Dövlət Turizm Agentliyi və Şahdağ Turizm Mərkəzinin birgə dəstəyi ilə keçirilir.
Yarışda Bakı, Sumqayıt, Gəncə, Qubadlı, Xaçmaz, Qusar və digər şəhər və rayonlarımızdan 200-ə yaxın idmançının iştirakı planlaşdırılır. Turnir iki gün davam edəcək.

İdman 2022-07-21 18:13:00