×
A
A
A
Sazlamalar

Super Liqa təmsilçisi heyətini yeni futbolçularla gücləndirib

Bakı, 21 iyul, AZƏRTAC

Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçularla gücləndirib.
AZƏRTAC xəbər verir ki, Super Liqa təmsilçisi qapıçı Erten Ersu, sol cinah müdafiəçisi Matey Hanousek və yarımmüdafiəçi Lazar Markoviçi transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. E.Ersu yeni klubu ilə 2, Lazar Markoviç 2+1 illik müqavilə bağlayıbsa, Matey Hanousek qarşıdakı mövsümün sonunadək Praqa “Sparta”sından icarəyə götürülüb.

 

 

İdman 2022-07-21 15:58:00