×
A
A
A
Sazlamalar

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı, 21 iyul, AZƏRTAC

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 66-69-cu kilometrlik hissəsində (Şamaxı rayonu istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar iyulun 21-də saat 10:00-dan etibarən yolun qeyd edilən hissəsində hərəkət işlərin aparılacağı bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən təmir-bərpa işlərinin aparılmasına anlayışla yanaşmaları, sözügedən istiqamətdə yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik.

Nəqliyyat 2022-07-21 15:14:00