×
A
A
A
Sazlamalar

Bakıda avtobus yanıb

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 21-də saat 12:00 radələrində Salyan şosesinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində “BMH” MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildiriblər ki, yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb.

Hadisə 2022-07-21 14:30:00