×
A
A
A
Sazlamalar

Şeyxülislam Allahşükür Paşazadə Tbilisidə Ulu Öndərin abidəsini və Qəhrəmanlar Memorialını ziyarət edib

Tiflisi, 21 iyul, AZƏRTAC
Gürcüstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, QMİ sədri Ümummilli Liderin ruhuna dualar oxuyub, abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib.
Şeyxülislam Allahşükür Paşazadəni Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları və nümayəndə heyətinin üzvləri, eləcə də Gürcüstan patriarxlığının məsul şəxsləri müşayiət ediblər.
QMİ sədri Gürcüstana səfəri çərçivəsində, həmçinin Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib və burada Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların abidəsi önünə əklil qoyub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Din 2022-07-21 12:59:00