×
A
A
A
Sazlamalar

İdman gimnastikası üzrə Azərbaycan millisinin Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı üçün heyəti açıqlanıb

Bakı, 21 iyul, AZƏRTAC

İdman gimnastikası üzrə Azərbaycan millisinin iyulun 24-30-da Slovakiyada keçiriləcək Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı üçün heyəti açıqlanıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğlanların yarışında ölkəmizi Ramin Dəmirov, Rəsul Əhmədzadə və Anar Həsənov təmsil edəcəklər. Qızların mübarizəsində isə Nazənin Teymurova və Duyğu Əlizadə güclərini sınayacaqlar.
Qeyd edək ki, rəsmi açılışı iyulun 24-də olacaq Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında 50 ölkədən 4 minə yaxın atlet 10 idman növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları festivalda atletika ilə yanaşı, velosiped, tennis, üzgüçülük, cüdo, badminton və gimnastika növlərində təmsil olunacaqlar.

İdman 2022-07-21 12:08:00