×
A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Gürcüstana səfərə gəlib

Tbilisi, 21 iyul, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanın dəvəti ilə Gürcüstana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində QMİ sədri A. Paşazadə Katolikos-Patriarx II İlya ilə görüşəcək. Bu görüşdə dinlərarası dialoq müstəvisində ənənəvi yüksək səviyyəli əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Bundan başqa, QMİ sədri Gürcüstanın dövlət rəsmiləri, hökumət və parlament rəhbərliyi ilə də görüşəcək.
İyulun 23-nə qədər davam edəcək səfər çərçivəsində Şeyxülislam A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda yaşayan soydaşlarımızla, din və ictimaiyyət xadimləri ilə görüşlər keçirəcək.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Din 2022-07-21 11:31:00