×
A
A
A
Sazlamalar

Ölkə ərazisində qeydə alınan cinayətlərdən 74-nün açılması təmin olunub

Bakı, 21 iyul, AZƏRTAC

İyulun 20-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 74-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 4-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarılan 27 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən altı yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 43 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılıb.

 

Hadisə 2022-07-21 10:43:00