×
A
A
A
Sazlamalar

M2 magistral yolunda təmir işləri aparılıb


Bakı, 21 iyul, AZƏRTAC
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 290-313 kilometrində təmir-bərpa işləri icra olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 4000 kvadratmetr sahədə deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.
Daha sonra əvəzinə aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri yerinə yetirilib.
Sonda yol-cizgi və yolgöstərici xətlər çəkilib.

Tikinti̇ 2022-07-21 07:53:00