×
A
A
A
Sazlamalar

Cari ildə yenidən qurulması başa çatdırılacaq kəndlərarası avtomobil yolları açıqlanıb

Bakı, 20 iyul, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2020-2021-ci illərdə tikintisinə və yenidən qurulmasına başlanan Ucar, Qəbələ, Hacıqabul, Goranboy və Daşkəsən rayonları ərazisində yerləşən ümumi uzunluğu 192 kilometr olan, 56,8 min nəfər əhalinin yaşadığı 145 yaşayış məntəqəsini birləşdirən 5 kəndlərarası layihənin, habelə cari ildə ayrılmış vəsait hesabına Abşeron, Ağstafa, Biləsuvar, Saatlı, Yevlax, Qazax və Ağstafa ərazisində yerləşən ümumi uzunluğu 56,3 kilometr olan, 58,5 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən 7 kəndlərarası avtomobil yolları layihəsinin icrası cari ildə başa çatdırılaraq əhalinin istifadəsinə veriləcək.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, Bakı şəhəri və onun 12 rayonunda 1 avtomobil yolu və 125 şəhər əhəmiyyətli, habelə qəsəbədaxili yolların əsaslı təmiri işləri də cari ilin sonunadək başa çatdırılacaq.
İlkin olaraq ayrılmış vəsait hesabına Neftçala, Cəlilabad, Ağsu, Beyləqan, Xaçmaz, İmişli, Qax, Masallı, Siyəzən və Zaqatala rayonları ərazisində ümumi uzunluğu 290,2 kilometr olan, 153 min nəfər əhalinin yaşadığı 95 yaşayış məntəqəsinin birləşdirən 10 kəndlərarası avtomobil yolları layihələrinin icrası da davam etdirilir. Bundan başqa Neftçala rayonunda uzunluğu 10 kilometr təşkil edən Neftçala-Xol Qaraqaşlı-Şorsulu (7 kilometr)-Həsənabad-Neftçala və Bankə-Beştalı avtomobil yolunun yenidən qurulması işlərinə də başlanılıb.

 

Tikinti̇ 2022-07-20 17:16:00