×
A
A
A
Sazlamalar

Avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin 5,6 faizi taksilərin payına düşür

Bakı, 20 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 660,2 milyon sərnişin daşınıb və 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,7 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 94,4 faizi avtobus, 5,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 22,7 faiz artıb.

Nəqliyyat 2022-07-20 13:14:00