×
A
A
A
Sazlamalar

Beş ayda ölkəyə gətirilən məhsulların 19,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb

Bakı, 20 iyul, AZƏRTAC

Cari ilin yanvar-may aylarında Azərbaycana idxal olunan məhsulların 19,1 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, idxalın 62,7 faizini avtomobil, 10,7 faizini hava, 7 faizini dəniz nəqliyyatı, 0,5 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilən yüklər təşkil edib.

Nəqliyyat 2022-07-20 11:51:00