×
A
A
A
Sazlamalar

Nazir Rəşad Nəbiyev Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın Baş katibi ilə görüşüb

Bakı, 19 iyul, AZƏRTAC

Dəmir Yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTIF) Baş katibi Volfqanq Küpper ölkəmizə səfərə gəlib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Baş katib rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.
Görüşdə Azərbaycan – OTIF əməkdaşlığı, ölkəmizin nəqliyyat-tranzit imkanları və dəmir yolu sahəsində həyata keçirilən islahatlar müzakirə olunub.
Qonağa Zəngəzur Dəhlizinin bir hissəsi olan Horadiz–Ağbənd dəmir yolu xətti ilə bağlı məlumat verilib, layihənin regional əhəmiyyəti vurğulanıb. Eyni zamanda, beynəlxalq dəhlizlərin inkişafına yönəlmiş beynəlxalq layihələrdə iştirak və regional əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iyulun 20-də Baş katib Volfqanq Küpperin işğaldan azad edilmiş ərazilərə səfər etməsi, o cümlədən Horadiz – Ağbənd dəmir yolu xəttinin tikintisi ilə tanış olması nəzərdə tutulur.

Nəqliyyat 2022-07-19 19:21:00