×
A
A
A
Sazlamalar

Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Bakı, 19 iyul, AZƏRTAC

Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın birinci mərtəbəsində otağa bitişik tikilən ümumi sahəsi 15 kvadratmetr olan artırmanın yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bina yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2022-07-19 15:21:00