×
A
A
A
Sazlamalar

Qusar rayon sakininin idarə etdiyi avtomobil aşıb

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 17-də saat 22 radələrində Qusar rayonunun Şirvanlı kəndi ərazisində rayon sakini M.Əhmədov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində sürücü və sərnişini Marat İsrafilov xəstəxanaya yerləşdirilib. M.İsrafilov iyulun 19-da orada ölüb.
Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Hadisə 2022-07-19 14:17:00