×
A
A
A
Sazlamalar

Salyanda traktor yolun kənarında dayanan Sarvan kənd sakinini vurub

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 18-də saat 22 radələrində Salyan rayonunun Bəydili kəndi ərazisində rayon sakini P.Əliyev idarə etdiyi “MTZ-80” markalı traktorla yolun kənarında dayanan Sarvan kənd sakini Azad Qasımovu vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisə 2022-07-19 13:40:00