×
A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsinin sədri Gürcüstana səfər edəcək

Bakı, 19 iyul, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətlərinin dəvəti ilə iyulun 21-də Gürcüstana səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şeyxülislam Allahşükür Paşazadə səfəri çərçivəsində Ümumgürcüstan Katolikos-Patriarxı II İliya həzrətləri ilə görüşəcək. Görüşdə dinlərarası dialoq müstəvisində ənənəvi yüksək səviyyəli əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
Səfər zamanı QMİ sədrinin Gürcüstanın dövlət rəsmiləri, hökumət və parlament rəhbərliyi ilə görüşləri də nəzərdə tutulur.
İyulun 23-dək davam edəcək səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda yaşayan soydaşlarımızla, din və ictimaiyyət xadimləri ilə görüşlər keçirəcək.

Din 2022-07-19 13:03:00