×
A
A
A
Sazlamalar

Zaqatalada 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib VİDEO

Bakı, 19 iyul, AZƏRTAC

Zaqatalada 4 tona yaxın narkotik tərkibli bitki məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ümumi çəkisi 3 ton 770 kiloqram olan 5780 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılıb. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının birgə keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində isə Uzunqazmalar kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.

 

 

Hadisə 2022-07-19 12:30:00

Video