×
A
A
A
Sazlamalar

Avtomobildən içərisində pul olan çantanı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 19 iyul, AZƏRTAC

Paytaxtda avtomobildən çanta oğurlayan şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Range Rover” markalı avtomobildən içərisində 920 manat pul olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Kərimli müəyyənləşdirilərək saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

 

Hadisə 2022-07-19 11:42:00