×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda metal qəbulu məntəqəsindən oğurluq edən iki nəfər saxlanılıb

Bakı, 19 iyul, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə iyulun 8-nə keçən gecə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqələrinin birindən 1180 manat dəyərində metal və kameranın yaddaş qurğusunun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Goranboy rayon sakini O.Əliyev və Ucar rayon sakini İ.Məmmədov müəyyənləşdirilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-07-19 11:33:00