×
A
A
A
Sazlamalar

Ölkə ərazisində qeydə alınan cinayətlərdən 35-nin açılması təmin olunub

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 18-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 35-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 9-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 37, o cümlədən borclu şəxs qismində axtarılan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən doqquz yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, beş nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

 

Hadisə 2022-07-19 10:55:00