×
A
A
A
Sazlamalar

Səhərlər limonlu ilıq su içməyin faydaları

Bakı, 19 iyul, AZƏRTAC

Bir çox diyetoloqların sözlərinə görə, səhərlər bir az limon şirəsi əlavə edilmiş bir stəkan ilıq su qəbul etmək immun sistemini gücləndirmək üçün gözəl vasitədir.
AZƏRTAC “MedikForum”a portalına istinadla bildirir ki, bu qarışım çəkinin azalması, kaliumun əldə edilməsi, düzgün həzm, böyrək daşlarının qarşısının alınması, dərinin vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Limon həm də bədənə enerji verir. O həm də arıqlamaq üçün unikal meyvə hesab olunur. C vitamini və antioksidantlarla zəngin olan limon bədəni detoksikasiya etməyə kömək edən sidikqovucu təsirə malikdir.
Diyetoloqlar məsləhət görürlər ki, günə qəhvə ilə başlamaq əvəzinə, bir neçə qurtum limonlu ilıq su içmək daha məsləhətlidir. Həm də limon şirəsində olan minerallar və vitaminlər həzm sistemini ideal vəziyyətdə saxlayır.
Əla kalium mənbəyi olan limonlu ilıq su mineral ürək sağlamlığını qorumağa, əzələləri inkişaf etdirməyə və karbohidratları parçalamağa kömək edir. Həmçinin limon suyu ilə içilən suyun miqdarı böyrək daşlarını əmələ gətirən mikro komponentlərin yuyulmasına kömək edir.
Limon antioksidant maddələrin mənbəyi olduğu üçün dərini təravətləndirir və ən əsası, immun sisteminin gücləndirir.

Sağlamlıq klubu 2022-07-19 07:58:00