×
A
A
A
Sazlamalar

FHN: Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı elektrik kabelləri yanıb

Bakı, 18 iyul, AZƏRTAC

Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı binanın ikinci mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 60 poqonometr yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğınsöndürənlərin çevikliyi sayəsində tüstülənmiş mənzillərdən doqquzu uşaq olmaqla 32 nəfər xilas olunub və mənzillər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2022-07-18 19:34:00