×
A
A
A
Sazlamalar

Qubada avtomobil dərəyə aşıb

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 17-də saat 19 radələrində Quba rayonunun Xırt kəndi ərazisində rayon sakini A.İmamverdiyev idarə etdiyi “UAZ” markalı avtomobili dərəyə aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində sərnişin, rayon sakini Məxfurə Qayıbova hadisə yerində ölüb, sürücü və digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

 

Hadisə 2022-07-18 16:42:00