×
A
A
A
Sazlamalar

Ağcabədidə sürücü avtomobili yolun kənarındakı ağaca vurub

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 16-da saat 1 radələrində Ağcabədi rayonunun Sarvanlar kəndi ərazisində rayon sakini C.Zamanov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəticədə sərnişinlərindən rayon sakini Fərid Zamanov hadisə yerində ölüb, digər sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Hadisə 2022-07-18 15:52:00