×
A
A
A
Sazlamalar

FHN: Xətai rayonunun Məhəmməd Hadi küçəsindəki hündürmərtəbəli binada yanğın olub

Bakı, 18 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonunun Məhəmməd Hadi küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanıb.
Alov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2022-07-18 15:37:00