×
A
A
A
Sazlamalar

Sabunçuda avtomobil yolu keçən paytaxt sakinini vurub

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 17-də saat 21 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini F.Şahverdiyeva idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Mərdan Mehdiyevi vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində piyada hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.



 

 

Hadisə 2022-07-18 15:07:00