×
A
A
A
Sazlamalar

İyunda dəmir yolu ilə 286 milyon dollarlıq yük daşınıb

Bakı, 18 iyul, AZƏRTAC

İyunda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 537 min 734 ton yük daşınıb ki, bu yüklərin dəyəri 286 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 235 min 568 ton yükün dəyəri 85,5 milyon dollar təşkil edib.
Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 302 min 167 ton, dəyəri isə 200,5 milyon dollar olub.

Nəqliyyat 2022-07-18 14:46:00