×
A
A
A
Sazlamalar

Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilsin.
2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2022-ci il

Sərəncamlar 2022-07-18 14:44:00