×
A
A
A
Sazlamalar

Sosial şəbəkədə saxta profillə hədə-qorxu gəlməklə pul tələb edən şəxs saxlanılıb

Bakı, 18 iyul, AZƏRTAC

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edən paytaxt sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyənləşdirilərək saxlanılıb.
Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Hadisə 2022-07-18 12:33:00