Üzərində 24 min 679 brilyantın olduğu üzük “Ginnesin rekordlar kitabı”na düşüb
Bakı, 18 iyul, AZƏRTAC
Hindistanın zərgərlik kompaniyasının hazırladığı üzük brilyantlarının sayına görə “Ginnesin rekordlar kitabı”na düşüb.
AZƏRTAC xəbər verir ki, rekordlar kitabının saytında yerləşdirilən məlumata görə, “Ami” adlı üzüyün üzərində 24 min 679 brilyant var.
Zinət əşyasının dizaynın əsasını çəhrayı istiridyə göbələyi təşkil edir. Üzüyü hazırlayan “SWA Diamonds” kompaniyasının icraçı direktoru Abdul Qafur Anadian həmin göbələyin ölümsüzlük və uzunömürlülük simvolu hesab olunduğunu deyib.
Çəkisi 12 unsiya (56,7 qram) olan üzük kompaniya tərəfindən 95 min 243 dollar məbləğində qiymətləndirilib.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib