×
A
A
A
Sazlamalar

"Dərnəgül" metrostansiyası yaxınlığında yanğın baş verib

Bakı, 17 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda "Dərnəgül" metrostansiyası yaxınlığında yanğın olması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, ərazidə təkər tullantıları yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

Hadisə 2022-07-17 15:11:00