×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət İqtisad Universitetində “Startap günləri” keçirilib

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) onlayn formatda “Startap günləri” keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, seminarda Azərbaycan Dövlət İqtisad və İsrailin Təl-Əviv universitetlərinin məzunu, “Sofael Global” şirkətinin mütəxəssisi Mübariz Şahbazlı startapların hazırlanıb inkişaf etdirilməsi, yerli və beynəlxalq investorlara yönləndirilməsi istiqamətində məlumat paylaşıb.
Seminar sual-cavab formatında davam edib.

Texnologiya 2022-07-16 18:29:00