×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 90 halda yanğına çıxış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO

Bakı, 16 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 90 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üç nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib. Həmçinin Sumqayıt şəhərində və Şabran rayonunun Hacıqaraqaşlı kəndində dənizdə, nəzarətsiz ərazidə batması ehtimal olunan iki nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

 

Hadisə 2022-07-16 12:19:00

Video