×
A
A
A
Sazlamalar

Texniki səbəblərə görə Bakı-Bodrum aviareysi gecikir

Bakı, 16 iyul, AZƏRTAC

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin “J2-023” nömrəli Bakı-Bodrum reysinin uçuş saatı texniki səbəblərə görə gecikir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, sözügedən reysin sərnişinləri Bodruma digər təyyarə ilə yola düşəcəklər.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.

Nəqliyyat 2022-07-16 12:14:00