×
A
A
A
Sazlamalar

Əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən yeddisinin açılması təmin olunub

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 15-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 55-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 7-nin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 46, o cümlədən borclu şəxs qismində axtarılan 25 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

 

Hadisə 2022-07-16 10:17:00