×
A
A
A
Sazlamalar

Hövsan qəsəbəsində məhəllədaxili yollarda təmir işləri aparılır

Bakı, 15 iyul, AZƏRTAC

Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonunun Hövsan qəsəbəsində Südçülük yaşayış massivinin məhəllədaxili yollarında təmir işləri aparılır.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 1000 metr, eni ortalama 6 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub. Hazırda yeni yol yatağının və küçənin profilə salınması işləri görülür. Sonda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq.
“İnvestisiya Proqramına”na əsasən, cari il ərzində Hövsan qəsəbəsi ərazisində ümumi uzunluğu 4,5 kilometr olan küçənin təmiri nəzərdə tutulub.

Tikinti̇ 2022-07-15 21:10:00